Biz, tibb müəssisələrinə texniki xidmətlər təklif edirik. Əsasən, tibb müəssisələrində şüa diagnostika cihazlarında yaranmış nasazlıqların aradan qaldırılması ilə məşğul oluruq. Rentgen, Katetor Laboratoriyası(Angiografiya), Kompüter Tomoqrafiyası, Maqnit Rezonans Tomoqrafiyası, Densitometriya, Ultrasəs Müayinəsi və s. cihazlara professional mühəndislərimiz tərəfindən texniki xidmət veririk. Fəaliyyətimiz ərzində şüa diagnostika cihazları üzrə dünyaca məşhur Siemens, GE (General Electric), Toshiba və Philips brendlərinin cihazlarının quraşdırılması, təmiri və satışını həyata keçirmişik. Biz sizə əməkdaşlıq, cihaz almaq, daşımaq və peşəkar mühəndislər tərəfindən quraşdırılma, qarantiya dövrü ərzində meydana çıxan nasazlıqların sürətli həlli və cihazlara texniki baxışın yerinə yetirilməsini təklif edirik.